SUAL - CAVAB
Roottrap gübrəsi əkiləndə effektivdi yoxsa sonradan xeyr edir? – Şəmistan Seyidov
Salam Shamistan Seyidov, gübrəni şitilə verdikdən maksimum 3-4 gün sonra kök sistemini necə inkişaf etdirdiyini və şitilə necə xeyir verdiyini görəcəksiniz.Yeni əkiləcək ağac fidanlarına nece vurulur Roottrap gübrəsi? – Ed Javer
10 sota 0,5 kq olmaqla 100 litr suya qarışdırılır. Bu substansiyaya 2 lt Humic Plus əlavə edilərsə, nəticə daha da bariz olar.Salam. Məndə şaftalı bağıdır. Gilas da var arasında. Sulama sistemi damlama sulama sistemidi. 10 gün əvvəl qumat vermişəm kökdən. İndi bilmək istərdim, bu gübrəni vermək olarmı və nə vaxt? Rəsul Babasoy
Rəsul bəy, əlbəttə bu gübrədən də istifadə edə bilərsiniz. Meyvənin formalaşması ərəfəsində ilk rəng almadan öncə verə bilərsiniz. 10 sot üçün 1kq tətbiq etsəniz kifayət edərSalam, zəhmət olmasa xurma (pırnıx) ağacına meyvəni şişirtmək üçün və ağacı yaşıl saxlamaq üçün nə verməyi məsləhət görərdiz? – İqrar Məmmədov
Salam İqrar bəy, Potasol gübrəsini verməyinizi məsləhət görərdik. Yarpaqdan vermək şərti ilə 100 litr suya 300 qr əlavə edin və verin. Verərkən isə vermə vaxtlarına diqqət edin. Ya günortadan sonra sərinlik vaxtı, ya da səhər tezdən verin.Salam, biz, şitil aldıq, becərdik, bildiyim qədər baxdım, bilmədiyimi öyrəndim, amma yaxşı bar vermədi. Nəyə görə deyirəm, bilmədim nə sort idi, heç satan bağban da bilmədi, bəziləri çeri boyda, bəziləri çox iri. İrilər yaşıl qalır çox müddət, ancaq çeri boyda olanlar qızarır, amma dadsız, çox da sulamıram, ancaq kökünü sulayıram, yenə də heç açmadı məni. Mən Hövsanda həyətimdə becərirəm, özüm üçün, yəni marağım var. – Nərgiz Zeynal Babayeva
Salam, Nərgiz xanım, ilk öncə məlumatları aydın qeyd etdiyinizə görə minnətdarıq. Qeyd etmək lazımdır ki, sizin məhsulu bəsləməyinizi və öncə yetişdirdiyiniz pomidorun sortunu bilmədiyimiz üçün problemin sırf nədə olduğunu qeyd etmək çox da mümkün deyil. Əgər digər tərəvəzlərdə sizin eyni bəsləmə qaydanıza baxmayaraq vəziyyət yaxşıdırsa deməli şitildə problem ola bilər.Salam, Xaçmaz rayonunun kəndində yerləşir bağım, gilas ağacları əkmişəm. Sayı 100 ə yaxındı, 4 və10 illik ağaclardı. Sadəcə amafos verilib faydası his olunmur. Həm məhsuldarlıq üçün, həmdə inkişaf üçün köməklik edərdiz. Birdə yapışqan qətran verir ağaclar. – İslam Məmmədov
Salam İslam bəy, yapışqanlığı aradan qaldırmaq üçün 100 lt suya yazlıq yağ 1.5 lt, Confidor 50 ml, Wetland 100 qr qarışdırıb tətbiq edin. Ümumi bəsləmədə isə hektara 30 lt Adamin, üstdən 100 lt suya 300 qr Potasol, hər 7 gündən bir tətbiq edin.Salam. Üzr istəyirəm, bir məsləhət vererdiniz. Həyətdə xiyar əkmişəm. Tutub. Amma ki, xiyar gətirmiyib. Ancaq yarpaqdı. Niyə bele olub? – Elşən Adıgözəlov
Salam Elşən bəy, 1 ton suya 1 lt Humic plus, 1 kq 18-18-18 əlavə edin və tətbiq edin.Törtil gübrəsi kökdən verilir ya yarpaqdan? – Vahid Əsədli
Vahid bəy, bu gübrə damcı suvarma üsulu ilə tətbiq edilir. Meyvə-tərəvəzlərə, günəbaxana, taxıllara, şəkər çuğunduruna, tütünə, banana, dekor çiçəklərinə və s. üçün istifadə edə bilərsiniz. Sota 0,5 kq istifadə olunur, lakin aqronom nəzarəti ilə tətbiq etməyiniz məsləhətdir.SUALINIZI YAZIN
