MƏHSULLARIMIZ





GÜBRƏLƏR
“Lider Gübre Üretim ve Pazarlama Ltd” şirkəti fəaliyyət göstərdiyi kənd təsərrüfatı sahəsində Türkiyənin istiqamətləndirici güclərindən biridir.
Expert Agro Services MMC olaraq, sizlərə Lider Gübre istehsallı Orqanik, Kimyəvi, Orqanomineral, Spesifik gübrə növlərini təqdim edirik. Bu gübrələr bitkiləri inkişaf etdirməklə yanaşı, onların daha yaxşı məhsul verməsi, xəstəliklərə daha dayanıqlı olması üçün əla vasitədir

Lider Gübre istehsalı olan Potasol gübrəsi
Patentli ferment və aktivatorlarla zənginləşdirilmiş Potasol, hər cürə mənfi şərtlərdə xüsusi formulası səbəbiylə bitki kökləri tərəfindən asanlıqla sorulur. . Meyvənin böyüməsinə, rənginə, keyfiyyətinə və şəkər nisbətinə birbaşa təsir edərək, meyvələrin bazar dəyərini yüksəldir.
XƏBƏRLƏR
FAYDALI MƏSLƏHƏTLƏR
SUAL - CAVAB
Karvan F1 toxumunu adi qaydada əkmək olmaz?
–
Adi qayda deyərkən açıq sahəni nəzərdə tutursunuzsa Ramilə xanım, təəsüfki bu toxum açıq sahə üçün nəzərdə tutulmayıb.
Roottrap gübrəsi əkiləndə effektivdi yoxsa sonradan xeyr edir?
–
Salam Shamistan Seyidov, gübrəni şitilə verdikdən maksimum 3-4 gün sonra kök sistemini necə inkişaf etdirdiyini və şitilə necə xeyir verdiyini görəcəksiniz.
Yeni əkiləcək ağac fidanlarına nece vurulur Roottrap gübrəsi?
–
10 sota 0,5 kq olmaqla 100 litr suya qarışdırılır. Bu substansiyaya 2 lt Humic Plus əlavə edilərsə, nəticə daha da bariz olar.
Salam Əfasnə F1 pomidorunun bərkliyi necedir, açıq sahə üçündür?
–
Salam Xeyal Memmedov, bu pomidor istixana üçündür. Çox sərt bir pomidordur
Salam. Məndə şaftalı bağıdır. Gilas da var arasında. Sulama sistemi damlama sulama sistemidi. 10 gün əvvəl qumat vermişəm kökdən. İndi bilmək istərdim, bu gübrəni vermək olarmı və nə vaxt?
–
Rəsul bəy, əlbəttə bu gübrədən də istifadə edə bilərsiniz. Meyvənin formalaşması ərəfəsində ilk rəng almadan öncə verə bilərsiniz. 10 sot üçün 1kq tətbiq etsəniz kifayət edər
Salam, zəhmət olmasa xurma (pırnıx) ağacına meyvəni şişirtmək üçün və ağacı yaşıl saxlamaq üçün nə verməyi məsləhət görərdiz?
–
Salam İqrar bəy, Potasol gübrəsini verməyinizi məsləhət görərdik. Yarpaqdan vermək şərti ilə 100 litr suya 300 qr əlavə edin və verin. Verərkən isə vermə vaxtlarına diqqət edin. Ya günortadan sonra sərinlik vaxtı, ya da səhər tezdən verin.
Salam, Xaçmaz rayonunun kəndində yerləşir bağım, gilas ağacları əkmişəm. Sayı 100 ə yaxındı, 4 və10 illik ağaclardı. Sadəcə amafos verilib faydası his olunmur. Həm məhsuldarlıq üçün, həmdə inkişaf üçün köməklik edərdiz. Birdə yapışqan qətran verir ağaclar.
–
Salam İslam bəy, yapışqanlığı aradan qaldırmaq üçün 100 lt suya yazlıq yağ 1.5 lt, Confidor 50 ml, Wetland 100 qr qarışdırıb tətbiq edin. Ümumi bəsləmədə isə hektara 30 lt Adamin, üstdən 100 lt suya 300 qr Potasol, hər 7 gündən bir tətbiq edin.
Salam. Üzr istəyirəm, bir məsləhət vererdiniz. Həyətdə xiyar əkmişəm. Tutub. Amma ki, xiyar gətirmiyib. Ancaq yarpaqdı. Niyə bele olub?
–
Salam Elşən bəy, 1 ton suya 1 lt Humic plus, 1 kq 18-18-18 əlavə edin və tətbiq edin
Törtil gübrəsi kökdən verilir ya yarpaqdan?
–
Vahid bəy, bu gübrə damcı suvarma üsulu ilə tətbiq edilir. Meyvə-tərəvəzlərə, günəbaxana, taxıllara, şəkər çuğunduruna, tütünə, banana, dekor çiçəklərinə və s. üçün istifadə edə bilərsiniz. Sota 0,5 kq istifadə olunur, lakin aqronom nəzarəti ilə tətbiq etməyiniz məsləhətdir.