Expert Agro Services MMC kənd təsərrüfatı sahəsində 2016-cı ildə təsis edilən və Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən qeydiyyata alınmış bir şirkətdir. Quruluşumuz Azərbaycan əkinçilərini toxum və gübrə məhsulları ilə təmin etmək, ölkə bazarında keyfiyyətli toxum və gübrə satışına dəstək olmaqdır.

Expert Agro Services şirkəti elə yarandığı ildən etibarən, toxum islah sənətində bir dünya markası olan “Yüksəl Tohum” şirkətinin, gübrə sahəsi üzrə isə tanınmış Türkiyə şirkəti ola “Lider Gübre Üretim ve Pazarlama Ltd” şirkətinin Azərbaycanda rəsmi distribüterliyini edir. Davamlı inkişaf proqramımız nəticəsində Bakı, Şəmkir, Salyan, Sabirabad, Göyçay, Tovuz, Gəncə və bir çox bölgələrdə Yüksəl Tohum və Lider Gübrə istehsallı məhsulları tanıtmış və satışını təşkil etmişik. Hal-hazırda ölkə ərazisində kənd təsərrüfatı sahəsində öndə gedən şirkətlərdən biriyik.