Tərəvəzlərin faydaları hansılardır?

Tərəvəzlər vitaminlər, minerallar və fitokimyəvi birləşmələrlə zəngindir. Tərəvəzlərin tez-tez işlədilməsi sağlamlıq baxımından çox faydalıdır və gündə ən az 5-6 pay tərəvəz istifadə edilməsi tövsiyyə olunur. Yeməklərində tərəvəzlərdən çox istifadə edənlərdə ürək xəstəlikləri, xərçəng, diabet, köklük, enmə, bunama və oynaq iltihabı kimi bir çox xroniki xəstəliyin riski azalır.
Bildiyimiz kimi, tərəvəzlər lif, müxtəlif vitaminlər və fitokimyəvi birləşmələrlə zəngindir. Lifli qidalar həzm sisteminin sağlam çalışmasını təmin edir, qəbizliyin qarşısını alır, qan xolesterin səviyyələrini yaxşılaşdırır, eyni zamanda arıqlamağa da yardımçı olur. Həm kalium həm də lif mənbəyi tərkibli tərəvəzlər ürək xəstəliklərindən qorunmağa yardımçı olurlar. Maqnezium, C və B qrupu vitaminlərlə zəngin olanlar stress və depressiya əlamətlərini azaldır. K vitamini bədəndə kalsium sorulmasını artıraraq sümük əriməsi və sümük qırılmaları riskini azaldır. C vitamini bədəndə dəmirin sorulmasını artıraraq anemiya riskini azaldır. A vitamini ilə zəngin qidalar isə oynaq iltihabı riskini azaldır. Tərəvəzlərdə olan E vitamini C vitamini ilə birlikdə dərini yaşlanmağa qarşı qoruyur. Tərəvəz üçün rəng verən fitokimyəvi maddələr də sağlamlığa çox faydalıdır. Fitokimyəvi birləşmələr xüsusilə xərçəngə qarşı qoruyucu təsirə sahibdirlər.