Pomidorda kalsiyum çatışmazlığı

Tərəvəzdə olan Kalsium çatışmazlığı bitkilərdə bir çox xəstəliklərin yaranmasına səbəb olur. Xüsusilə pomidor bitkisində olan kalsium çatışmazlığı çiçək burnu çürüklüyünə yol açır.
Meyvə itkisinə yol açan çiçək burnu çürüklüyü kalsium çatışmazlığından qaynaqlanır və buna səbəb olaraq da duz stressi göstərilir. Çünki duzun çiçək əzələlərindəki ümumi ksilem sahəsində azaldıcı təsiri olduğu bildirilir.

Başlanğıcda meyvənin çiçək burnunda əmələ gələn açıq rəngli ləkə, getdikcə qəhvəyi və qara rəngə çevrilir və sonra da quru dəriyə bənzər bir görünüş alır. Daha sonrakı mərhələlərdə göbələk infeksiyası nəticəsində bu bölgə yumşaq və nəm bir görünüşə çevrilə bilər. Əgər çiçək burnu çürüklüyünü meydana gətirən şərtlər çox isə bu əlamətlər meyvələrin erkən dövründən etibarən görülməyə başlayır. Yuxarıda da qeyd etdiyimiz kimi bütün bunların əsl səbəbi pomidor meyvəsindəki Kalsium çatışmazlığıdır.

KALSIUM ÇATIŞMAZLIĞINI YARADAN SƏBƏBLƏR:

  • Nizamsız suvarmalar. (Adətən çox suvarmalardan sonrakı susuz şərtlər);
  • Bitki inkişafının sürətli olması (sürətlə böyüyən bitkilər çoxlu su və Kalsiuma ehtiyac duyar);
  • Bəzi qida elementlərinin həddindən artıq səviyyədə olması (Artıq Azot inkişafı sürətləndirdiyi üçün Kalsium ehtiyacını artırır, Artıq Kalium da Kalsiumdan istifadə etməyə mane olur).
  • Şitilin soyuq torpağa əkilməsi.

Kalsiumu istifadə edilə bilər formaya çevirən orqanizmlər aşağı temperaturda təsirli olmurlar və bitki kifayət qədər kalsium götürə bilmir. Torpaq temperaturu artdıqca bu orqanizmlərin hərəkəti də artdığından, daha çox miqdarda Kalsium, istifadə edilə bilən formaya çevrilə bilər. Traktor və ya ketmanla bitki diblərinin becərilməsi işləri dərin olanda, kök ucları zərər görəcəyindən dolayı, bitkinin su qəbulunda maneçilik yaranır və beləliklə, meyvələrə gedəcək Kalsium miqdarı azalır.