Ağ milçək xəstəliyi

Ağ milçək cücüləri təxminən 1 mm boyunda olub, ümumi görünüşü ağ rəngdədir. Yumurtaları qısa bir sap ilə yarpağın alt epidermisinə bitişdirilir. Yumurtadan yeni çıxan sürfələr şəffaf ağımtıl sarı rəngdə, oval formalı və hərəkətlidir. Ağ milçək, həm sürfə, həm də yetkin vaxtlarında bitki şirəsi ilə qidalanır. Bu şəkildə bir qidalanma nəticəsində bitki zəifləyir. Ağ Milçək populasyonunun sıx olduğu dövrlərdə bitkilərdəki inkişaf dayana bilər. Zərəri, şirə sorulan yerlərdə yarpağın özünəməxsus rəngi itir və quruma meydana gəlir və bunun nəticəsində keyfiyyət itkisi əmələ gəlir. Həm yetişkinləri, həm də süfrələri şirin bir maddə ifraz edərək ballığa səbəb olurlar. Bu ifrazat bitkinin stomalarını bağlayaraq, bitkinin tənəffüs və fiziologiyasına mənfi təsir edir, fotosintez nizamının pozulmasına səbəb olur. Bu vəziyyətin uzun müddətli olması bitki də ölümü gətirir.
Ağ milçək eyni zamanda bəzi virus xəstəliklərini bitkidən bitkiyə daşıyaraq, dolayı olaraq da zərər verir.
Ağ milçək xəstəliyi pomidor, badımcan, xiyar, bibər, balqabaq, qovun, paxla, tütün, pambıq, bamya, kartof, kahı, kələm, həmçinində meyvə ağacları və bəzək bitkilərində olur.